Zakir İbrahimov: "10 il ərzində 2 yeni qızıl yatağı kəşf edilib, 4 qızıl mədəni istifadəyə verilib"

Sənaye
  • 24 sentyabr, 2026
  • 16:30
Zakir İbrahimov: 10 il ərzində 2 yeni qızıl yatağı kəşf edilib, 4 qızıl mədəni istifadəyə verilib

10 il ərzində 2 yeni qızıl yatağının kəşf edilməsi, 4 qızıl mədəninin və 1 regional sənaye kompleksinin istifadəyə verilməsi, eləcə də yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması ilə "AzerGold" QSC hasilat, istehsal və gəlir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

"Report" xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, şirkətin bu dövr ərzində həyata keçirdiyi fəaliyyət nəticəsində cari ilin avqust ayınadək ölkə iqtisadiyyatına 2,3 milyard manat gəlir, dövlət büdcəsinə isə 267,2 milyon manat vergi ödənişi təmin edilib: " Bu dövr ərzində şirkət ümumilikdə 618 milyon manat mənfəət əldə edib. 2025-ci ilin maliyyə nəticələrinə əsasən, əldə olunmuş mənfəətin təxminən 42 milyon manatının dividend şəklində dövlət büdcəsinə yönəldilməsi nəzərdə tutulur".

Z. İbrahimov bildirib ki, bu dövr ərzində şirkət ümumilikdə 618 milyon manat mənfəət əldə edib: "2025-ci ilin maliyyə nəticələrinə əsasən, əldə olunmuş mənfəətin təxminən 42 milyon manatının dividend şəklində dövlət büdcəsinə yönəldilməsi nəzərdə tutulur. Bu nəticələr "AzerGold" QSC-nin ölkənin qeyri-neft sənayesinin inkişafına, ixrac potensialının artırılmasına, dövlət büdcəsinin gəlirlərinin formalaşmasına və bütövlükdə iqtisadi dəyərin yaradılmasına verdiyi töhfəni nümayiş etdirir".

44 filmi