Vüqar Bayramov: "Naxçıvanda sənaye müəssisələrinin sayının artması biznes mühiti ilə bağlıdır" - RƏY
- 12 avqust, 2026
- 15:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan Muxtar Respublikasında sənaye müəssisələrinin sayındakı artım biznes mühitinin yaxşılaşması ilə bağlıdır.
Bunu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, son illər bölgədə aparılan instutisional və kadr islahatları iqtisadiyyatın daha da güclənməsinə və eyni zamanda sənaye müəssisələri daxil olmaqla yeni strateji obyektlərin sayının artmasına gətirib çıxarıb: "İşğaldan azad olunmuş ərazilərimizdə tətbiq edilən güzəşt mexanizmləri bu ildən muxtar respublikada da qüvvədədir. Naxçıvanda fəaliyyət göstərən və sərmayə qoyuluşu həyata keçirən sahibkarlar praktik olaraq bütün əsas vergilərdən azaddır. Vergi güzəştləri ilə yanaşı, eyni zamanda sosial ödənişlərin bir hissəsini dövlət kompensasiya edir. Bu da təbii ki, Naxçıvandakı sahibkarların dövlət səviyyəsində daha yaxşı dəstəklənməsinə imkan yaradır. Bu kontekstdən biz orada iqtisadiyyatın artıq yeni ərhələyə qədəm qoymasını müşahidə edirik. Bütövlükdə muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin sayında artımlar müşahidə olunur. Əgər 2020-ci ildə Naxçıvanda 109 sənaye müəssisəsi fəaliyyət göstərirdisə hazırda bu göstərici 130-a çatıb. Bu, birbaşa olaraq biznes mühitinin yaxşılaşması və bu istiqamətdə dövlət dəstəyinin artırılması ilə bağlıdır".