SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
- 31 oktyabr, 2026
- 21:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Hörmüz boğazında İranın müəyyənləşdirdiyi marşrutla hərəkət etməyən neft tankeri minaya düşüb.
"Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Bu gün günortadan sonra xəbərdarlıqlara məhəl qoymayaraq Hörmüz boğazının şərqindəki qadağan olunmuş və təhlükəli ərazidə hərəkət edən bir neft tankeri dəniz minaları ilə toqquşub və yanğın başlayıb", - SEPAH-dan bildirilib.
Əlavə edilib ki, Tehranın strateji su yolu ilə bağlı mövqeyi dəyişməyib:
"Bütün üzən vasitələr, xüsusilə də neft tankerləri və ticarət gəmiləri xəbərdarlıqlara və marşruta tam riayət etməklə yanaşı, izləmə sistemlərini söndürməkdən çəkinməlidir".
Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.