“Suraxanı Maşınqayırma Zavodu”nun xalis mənfəəti 16 % artıb
- 06 may, 2025
- 09:26
Yeniliklərdən dərhal xəbərdar olun!
“Suraxanı Maşınqayırma Zavodu” ASC 2024-cü ili 510 min manat xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 15,9 % çoxdur.
Ötən il “Suraxanı Maşınqayırma Zavodu”nun vergiyəqədərki mənfəəti 638 min manat (əvvəlki ilə nisbətən 16 % çox), mənfəət vergisi ödəmələri isə 128 min manat (16,4 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Suraxanı Maşınqayırma Zavodu”nun akitvləri 10,587 milyon manat olub ki, bu da illik müqayisədə 1,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,8 % azalaraq 4,906 milyon manata düşüb, balans kapitalı isə 7,2 % artaraq 5,681 milyon manata çatıb.
Xatırladaq ki, Suraxanı Maşınqayırma Zavodu 1991-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4,745 milyon manatdır. Zavod neft-mədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşıb.