Sumqayıt Kimya Sənaye Parkının rezidenti istehsalı artırıb

Sənaye
  • 05 aprel, 2022
  • 12:08
Sumqayıt Kimya Sənaye Parkının rezidenti istehsalı artırıb

İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Archi Glass” MMC-də yeni istehsal xətti yaradılıb.

"Report" nazirliyinə istinadən xəbər verir ki, quraşdırılan avadanlıq iki və üçkameralı, həmçinin skylight paket şüşələrin istehsalında istifadə olunur.

“Archi Glass” 2018-ci ildə rezident kimi qeydiyyata alınıb və Parkın ərazisində İtaliya, Çin və Türkiyə texnologiyası əsasında şüşə məmulatların istehsalını həyata keçirir. İllik istehsal gücü 250-280 min m² şüşə olan müəssisədə 5 növdə və müxtəlif rənglərdə 1000 çeşiddən çox məhsul emal edilir. İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldilib.

İnvestisiya dəyəri 5,4 milyon manat olan müəssisədə 50-dən çox işçi çalışır.

“Archi Glass”ın məhsulları işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma işlərində istifadə edilir.