Xidmət rəsmisi: "Bir çoxları akvakultura fəaliyyətini formalaşdırandan sonra su barədə fikirləşib"

ASK
  • 05 noyabr, 2026
  • 14:50
Xidmət rəsmisi: Bir çoxları akvakultura fəaliyyətini formalaşdırandan sonra su barədə fikirləşib

Su ehtiyatları akvakultura və balıqçılıq sahəsinin inkişafında mühüm əhəmiyyətə malikdir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov Bakıda keçirilən l Azərbaycan Regional Akvakultura Forumunda bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə sahibkarlıq subyektləri ilə maarifləndirilməsi həyata keçirilir: "Təəssüflər olsun ki, uzun illər əvvəlcədən formalaşmış bir praktika olub. Bir çox təşkilatlar akvakultura fəaliyyətini artıq formalaşdırıblar, sonra onun suya olan tələbatı barədə fikirləşməyə başlayıblar".

44 filmi