Qırğızıstanlı nazir: "Sənayenin sürətli inkişafı milli iqtisadi siyasətin vacib prioritetlərindəndir"

Sənaye
  • 24 oktyabr, 2025
  • 12:57
Qırğızıstanlı nazir: Sənayenin sürətli inkişafı milli iqtisadi siyasətin vacib prioritetlərindəndir

Qırğızıstan üçün sənayenin sürətli inkişafı milli iqtisadi siyasətin vacib prioritetlərindən biridir.

"Report" xəbər verir, bunu Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısında bildirib.

Nazir qeyd edib ki, dövlətin həyata keçirdiyi sənaye siyasəti bu sahənin dayanıqlı inkişafına nail olmağı, onun ÜDM-də payının artırılmasını, həmçinin sənaye məhsullarının ixrac potensialının və rəqabət qabiliyyətinin yüksəldilməsini hədəfləyir.

Ölkəsinin bu ilin əvvəlindən TDV üzvləri ilə 1,7 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları apardığını deyən nazir bu ölkələrlə ilə ticarət dövriyyəsinin əhəmiyyətli hissəsini sənaye ehtiyaclarına yönəlmiş mallar təşkil etdiyini vurğulayıb: "Bu, sənaye əməkdaşlığının inkişaf etdiyini göstərir".

"Qırğızıstan birgə layihələrin inkişafına, qarşılıqlı investisiyaların artırılmasına və biznes üçün şəraitin yaxşılaşdırılmasına səy göstərir. Əminik ki, bu, bütün ölkələrimizin yüksək nəticələr əldə etməsinə və qlobal çağırışlar şəraitində inamla irəliləməsinə imkan verəcək. Bu baxımdan, Türk İnvestisiya Fondunun rolunu qeyd etmək vacibdir. Ümid edirik ki, onun layihə fəaliyyəti bütün tərəflər üçün əhəmiyyətli sənaye layihələrinin reallaşmasına imkan yaradacaq", - deyə B.Sıdıkov əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti