İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin məzunlarının 70 %-i iş tapıb
- 24 fevral, 2026
- 11:13
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin məzunlarının 70 %-i işlə təmin olunub.
"Report" xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qurum kadr hazırlığı üzrə fəaliyyətini davam etdirir: "Hazırda Agentliyin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində 14 ixtisas üzrə 500-ə yaxın tələbə təhsil alır. Mərkəz 54 qurum və şirkətlə əməkdaşlıq edir. Onun məzunlarının bir hissəsini sənaye parklarında fəaliyyət göstərən rezidentlərimiz işə götürüb. Mərkəzdə rezidentlərin ehtiyaclarına və müasir tendensiyalara uyğun olaraq yeni ixtisaslar yaradılır. Bu istiqamətdə peşəkar kadrların hazırlanması və onların müvafiq işlə təmin edilməsi üçün rezidentlərlə qarşılıqlı fəaliyyət ildən ilə genişlənir".