İqtisadiyyat naziri: "Xudafərin kəndi erməni acgözlüyünün qurbanı olub"
Sənaye
- 25 fevral, 2017
- 12:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
- Bakı. 25 fevral.REPORT.AZ/ "İrana səfər çərçivəsində İran tərəfi ilə birlikdə Araz çayı üzərində reallaşdırılan "Xudafərin" və "Qız Qalası" layihəsinin icrası ilə tanış olarkən erməni vandalizminin, vəhşiliyinin bir daha şahidi oldum. Azərbaycanın Xudafərin kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb, evlər yerlə yeksan edilib, infrastruktur tamamilə məhv edilib. Dəmir yolu xətləri belə erməni acgözlüyünün qurbanı olub, reyslər və şpallar sökülərək daşınıb". "Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-İran iqtisadi əlaqələrinə dair keçirdiyi mətbuat konfransında bildirib.
- Ş.Mustafayev deyib ki, artıq Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində ən ciddi addımlar atılır: "Xudafərin" və "Qız qalası" layihəsinin Azərbaycanın işğal olunmuş ərazilərində icrasına başlanılması da bunu bir daha sübut edir. İşğaldan azad edilmiş Cocuq Mərcanlıda Prezident İlham Əliyevin tapşırığı ilə bərpa və geniş quruculuq işlərinə başlanılıb.
- “Xudafərin” və “Qız qalası” layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin siyasi iradəsinin, ölkələr arasında strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin təzahürüdür", - deyə nazir əlavə edib.
- İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilib ki, 2017-ci ilin yanvarında Azərbaycan Prezidenti tərəfindən 36 MVt gücündə Ordubad SES-in təməli qoyulub: "Xudafərin" və "Qız Qalası" layihəsinin böyük siyasi və iqtisadi əhəmiyyəti var. Bu, Azərbaycana layihənin idarəetməsində fəal iştiraka və suvarmaya böyük imkan yaradacaq. Layihə çərçivəsində tikilmiş bəndin hündürlüyü 64 metr, uzunluğu 400 metr. su tutumu 1,6 mlrd. kubmetrdir. "Xudafərin" və "Qız Qalası" Sazişində hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır. Bu layihə bir daha göstərir ki, işğalçı Ermənistanın səylərinə baxmayaraq beynəlxalq hüquq və haqq-ədalət Azərbaycanın tərəfindədir. Bu ərazilərin işğal altında olmasına baxmayaraq, Azərbaycan iqtisadi fəaliyyət göstərir. Ermənistanın işğalçı siyasəti heç bir nəticə vermir və bu ərazilər üzərində Azərbaycan öz suveren hüquqlarını həyata keçirir".
Son xəbərlər
13:31
Xocalı və Ağdərəyə ümumiulikdə daha 44 ailə yola salınıb
Daxili siyasət
13:29
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
Digər ölkələr
13:29
Mərt Ünsal: "Türkiyə, Azərbaycan və ABŞ-nin müdafiə sahəsində əməkdaşlığı böyük perspektivə malikdir"
Biznes
13:28
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına 75 yerli və 6 əcnəbi hakim təyinat alıb
Futbol
13:22
Belçikada həmkarlar ittifaqları irimiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır
Region
13:19
MMX: Məxfi məlumatlarla işləmək üçün süni intellektdən istifadə edirik
Maliyyə
13:17
Ukrayna Prezidenti: Tramp Putini asanlıqla danışıqlar masasına gətirə bilər
Digər ölkələr
13:11
Zelenski xəbərdar etdi: Kramatorsk və Slavyansk təslim edilsə, müharibə Dnepropetrovska keçəcək
Digər ölkələr
13:09
Nazirlik: Büdcə təşkilatları cari maliyyədən çox, sektorun inkişafına köklənməlidir
Maliyyə