Hacıqabul Sənaye Məhəlləsində 850 yeni iş yeri yaradılacaq

Sənaye
  • 05 mart, 2018
  • 08:29
Hacıqabul Sənaye Məhəlləsində 850 yeni iş yeri yaradılacaq

Bakı. 5 mart. REPORT.AZ Hacıqabul Sənaye Məhəlləsinə 40 mln manat investisiya qoyulacaq. 

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf məlumat verib.

Onun sözlərinə görə, məhəllədə 850 yeni iş yerlərinin yaradılması nəzərdə tutulub.