Bu il Azərbaycan metanol istehsalını 6 %-ə yaxın artırıb

Sənaye
  • 18 noyabr, 2024
  • 14:00
Bu il Azərbaycan metanol istehsalını 6 %-ə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 421,4 min ton həcmində metanol (metil spirit) istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2023-cü ilin 10 aylıq göstəricisi ilə müqayisədə 5,7 % çoxdur.

Bu il noyabrın 1-nə 7,3 min ton hazır məhsul qalığı yaranıb.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.