Bakıda sənaye tətbiqli idarəetmə və optimallaşdırma mövzusunda beynəlxalq konfrans keçirilir
- 27 avqust, 2015
- 08:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 avqust. REPORT. AZ/ Bu gün Bakıda "Sənaye tətbiqli idarəetmə və optimallaşdırma-2015" adlı V beynəlxalq elmi konfrans keçirilir. "Report" xəbər verir ki, tədbirdə çıxış edən rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin müzakirə ediləcəyini deyib. Nazir inkişaf etmiş ölkələrlə rəqabət aparmaq üçün elmə, texnoloji inkişafa xüsusi diqqət yetirilməli olduğuna diqqət yetirmək lazım olduğunu bildirib.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən biri olduğunu deyib. Rektor universitetin alimləri tərəfindən elm və təhsil sahəsində 90-a qədər proqram və qrant layihələrinin həyata keçirildiyini deyib.
Qeyd edək ki, dünyanın 26 ölkəsindən 277 alimin qeydiyyatdan keçdiyi konfransın gedişində 200-ə qədər məruzə ilə çıxışların olacağı gözlənilir.