Bakıda 8 ayda 34 milyard manatlıq sənaye məhsulları istehsal edilib

Sənaye
  • 24 sentyabr, 2025
  • 17:00
Bakıda 8 ayda 34 milyard manatlıq sənaye məhsulları istehsal edilib

Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 34 milyard manat təşkil edib.

Bu barədə "Report"a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bu, 2024-cü ilin ilk 8 ayının göstəriciləri ilə müqayisədə 1,4 milyard manat və ya 3,9 % azdır.

Bu ilin yanvar-avqust aylarında paytaxtda sənaye məhsulunun 74,2 %-i mədənçıxarma, 22,5 %-i emal, 2,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,1 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,2 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,8 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin sentyabrın 1-nə 461,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 99,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 42 milyard manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % az sənaye məhsulu istehsal edilib. Məhsul istehsalı neft-qaz sektorunda 1,2 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,8 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti