Husilər Səudiyyə Ərəbistanının "Aramco" neft emalı zavoduna zərbə endirdiyini təsdiqləyib - YENİLƏNİB

Digər ölkələr
  • 09 avqust, 2026
  • 12:28
Husilər Səudiyyə Ərəbistanının Aramco neft emalı zavoduna zərbə endirdiyini təsdiqləyib - YENİLƏNİB

Yəmənin "Ənsar Allah" hərəkatı Səudiyyə Ərəbistanının Cizan şəhərindəki neft emalı zavoduna endirilən zərbəyə görə məsuliyyəti üzərinə götürüb.

"Report"un məlumatına görə, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bildirib.

"Silahlı qüvvələr (Husilərin - red.) Cizan şəhərindəki "Aramco" neft emalı zavoduna dron hücumunu uğurla həyata keçirib və birbaşa zərbə endirib", - açıqlamada deyilir.

Əməliyyat Səudiyyə Ərəbistanının Saada və Hacə əyalətləri üzərindəki hava məkanına dron hücumuna cavab olaraq həyata keçirilib.

Səudiyyə Ərəbistanının milli neft-qaz şirkəti – "Saudi Aramco"ya məxsus obyektlərin birində yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, yanğın bazar günü səhər Cəzan şəhərindəki obyektdə baş verib və dərhal müdaxilə edilərək söndürlüb. Hadisə nəticəsində xəsarət alanın olmadığı açıqlanıb.

Yanğının baş vermə səbəbləri qeyd olunmayıb.

44 - Tezliklə