Azərbaycanın Etilen-Polietilen Zavodu gələn həftə yenidən istehsala başlayır
Sənaye
- 31 avqust, 2016
- 10:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 avqust. REPORT.AZ/ Təmirə dayanan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda sentyabrın 5-dən məhsul istehsalı prosesi bərpa olunacaq.
Bu barədə "Report"a zavodun direktoru Oqtay Niftəliyev məlumat verib.
O.Niftəliyev xatırladıb ki, zavod avqustun 1-dən əsaslı təmirə dayandırılıb: "Artıq təmirin son günləridir. Təmir prosesində bizim işçilərlə birgə 10-dan çox xarici şirkətin mütəxəssisləri də çalışırlar".
"Bu müddətdə məhsul istehsal olunmayıb. Anbarlarda olan məhsulların 90%-i artıq satılıb. Sentyabrın 5-dən yenidən məhsul istehsalına başlanacaq", - deyə zavodun direktoru qeyd edib.
Son xəbərlər
17:33
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Digər
17:33
ARDNF-in pul vəsaitləri 2 dəfədən çox azalıb
Maliyyə
17:32
Tehranda Rusiya və İran XİN başçılarının görüşü başlayıb
Region
17:32
ARDNF Yaponiya bankına qısamüddətli depozit qoyuluşunu 7 dəfədən çox artırıb
Maliyyə
17:31
Yəməndə husilərin düşərgəyə endirdiyi raket zərbəsi nəticəsində 53 nəfər ölüb - Yenilənib
Digər ölkələr
17:26
Gürcüstan Azərbaycana avtomobillərin ehtiyat hissələri ixracını 31 % artırıb
Biznes
17:25
İlkin hüquqi yardım göstərəcək paraleqalların ali təhsil sahəsinə dair tələb qoyulmayıb
Milli Məclis
17:25
"Milan" Adrian Rabyonun müqaviləsinin müddətini uzatmaq üçün danışıqlara başlayıb
Futbol
17:24
Foto
Azərbaycan və BƏƏ hərbi pilotları şərti hədəflərin zərərsizləşdirilməsi üzrə tapşırıqları icra edib
Hərbi