Azərbaycan ötən ay polietilen ixracından gəlirlərini 56 % artırıb

Sənaye
  • 31 oktyabr, 2022
  • 10:17
Azərbaycan ötən ay polietilen ixracından gəlirlərini 56 % artırıb

Bu ilin sentyabr ayında Azərbaycan 9,2 milyon ABŞ dolları dəyərində xüsusi çəkisi 0,94-dən az olan ilkin formalı polietilen ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.

Sənədə əsasən, bu, 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 3,3 milyon ABŞ dolalrı və ya 55,9 % çoxdur.

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 70,6 milyon ABŞ dolları dəyərində xüsusi çəkisi 0,94-dən az olan ilkin formalı polietilen ixrac edib ki, bu da 2021-ci ilin 9 aylıq göstərəciləri ilə müqayisədə 1,3 milyon ABŞ dolları və ya 1,8 % azdır.

Eyni zamanda, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 42,1 milyon ABŞ dolları dəyərində xüsusi çəkisi 0,94-dən çox olan ilkin formalı polietilen ixrac edib ki, bu da 2021-ci ilin 9 aylıq göstərəciləri ilə müqayisədə 8,3 milyon ABŞ dolları və ya 16,5 % azdır.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard ABŞ dolları təşkil edib.

Polipropilen "SOCAR Polymer" MMC-nin illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

44 - Tezliklə