Azərbaycan I rübdə istehsal etdiyi propilenin həcmini açıqlayıb

Sənaye
  • 06 may, 2025
  • 10:50
Azərbaycan I rübdə istehsal etdiyi propilenin həcmini açıqlayıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 36,3 min ton propilen istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % azdır.

Bu il aprelin 1-nə, ölkədə 0,8 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 121,4 min ton propilen istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 20,7 % azdır.