Azərbaycan millisini Litva ilə oyunda 100 azarkeş dəstəkləyəcək

Futbol
  • 26 sentyabr, 2026
  • 22:05
Azərbaycan millisini Litva ilə oyunda 100 azarkeş dəstəkləyəcək

Azərbaycan milli komandasını Millətlər Liqasında Litvaya qarşı səfərdə keçirəcəyi oyunda 100 azarkeş dəstəkləyəcək.

Bu barədə "Report"un AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə Kaunas şəhərinə ezam olunan əməkdaşına AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Ümumilikdə isə matça hələlik 8500 bilet satılıb.

Qeyd edək ki, D Liqasının 2-ci qrupunun Litva - Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.