Azərbaycan fevralda ölçmə cihazların istehsalını 40 % artırıb

Sənaye
  • 29 mart, 2025
  • 17:56
Azərbaycan fevralda ölçmə cihazların istehsalını 40 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 81,9 min ədəd ölçmə cihazı istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39 % çoxdur.

Təkcə fevralda isə ölkədə 39,9 min ədəd ölçmə cihazı istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 40 % çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 500,5 min ədəd ölçmə cihazı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 2,1 dəfə çoxdur.