Azərbaycan dəri istehsalını 23 % artırıb

Sənaye
  • 28 noyabr, 2026
  • 11:11
Azərbaycan dəri istehsalını 23 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 54,8 min kvadratmetr emal edilmiş dəri istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 % çoxdur.

Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 137,9 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 58 min kvadratmetr dəri istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 10 % azdır.