Azərbaycan alüminium məmulatları istehsalını 57 %-ə yaxın artırıb

Sənaye
  • 28 noyabr, 2026
  • 12:04
Azərbaycan alüminium məmulatları istehsalını 57 %-ə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 63 min 86,6 ton alüminium məmulatları istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,7 % çoxdur.

Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 4 min 370,3 ton hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 50 min 893 ton alüminium məmulatları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 23 % azdır.

44 filmi