ABŞ prezidenti Aİ ölkələrindən polad və alüminium idxalını azaltmaqda israrlıdır

Sənaye
  • 23 may, 2018
  • 08:59
ABŞ prezidenti Aİ ölkələrindən polad və alüminium idxalını azaltmaqda israrlıdır
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp
REUTERS/ Kevin Lamarque

Bakı. 23 may. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ölkələrindən polad və alüminium idxalını 10% azaltmaqda israrlıdır. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polşa hökumətinin nümayəndələri bildiriblər. 

Məlumata görə, Ağ ev bununla bağlı 2 variant təklif edib. Bunlardan biri 2018-ci ildə polad və alüminiumun idxalının 2017-ci illə müqayisədə bəri başdan 10% azaldılmasıdır. Digər variant isə idxal əvvəlki ilə nisbətdə 90%-lik göstəricini keçdiyi halda gömrük rüsumlarının tətbiqidir. 

Avropada D.Trampın dəqiq nə etmək istədiyini hələlik başa düşmürlər. Bu arada Aİ-nin ticarət üzrə komissarı Sesiliya Malmstrem bildirib ki, ABŞ-ın atdığı addımlara qarşı heç nə edə bilməzlər.