Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib
Sağlamlıq
- 03 oktyabr, 2024
- 14:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
"Report" xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə xəstəxananın direktoru vəzifəsi Ceyran Abbasovaya həvalə olunub.
Qeyd edək ki, Ceyran Abbasova 1985-ci ildə Zəngilan rayonunun Üdgün kəndində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində, 2009-2010-cu illərdə Zəngilan Rayon Mərkəzi Xəstəxanasında internatura təhsili alıb.
C.Abbasova 2017-2022-ci illər ərzində Bakı şəhərində yerləşən 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həkim-terapevt, 2022-2024-cü illərdə isə Ağalı Ailə Sağlamlıq Mərkəzində bölmə müdiri vəzifəsində çalışıb.
Son xəbərlər
10:17
Bakıda 95 küçə və prospektdə təmir başa çatıb
İnfrastruktur
10:16
İlham Əliyev: İşğal olunan ölkə kimi insanlarımızın adi hüquqlarının pozulması ilə heç vaxt barışmayacaqdıq
Xarici siyasət
10:15
Tereza Lyunnemann: "Almaniya-Azərbaycan Biznes Şurası ilk iclasına hazırlaşır"
Biznes
10:14
Almaniya şirkətləri Azərbaycana qida sektoru üçün innovativ həllər təklif edir
Biznes
10:14
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
Turizm
10:13
İlham Əliyev: Bütün potensial risklər hüdudlarımızdan kənardan gəlir
Xarici siyasət
10:13
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı açıqlanıb
Maliyyə
10:13
İlham Əliyev: II Qarabağ müharibəsində bütün etnik qruplar və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi vuruşdu
Xarici siyasət
10:11
ABİF: Almaniyanın şirkətləri ilə birgə icra olunan layihələri dəstəkləyirik
Biznes