Zaur Əliyev: "Koronavirusun müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətiriləcək"

Sağlamlıq
  • 25 fevral, 2022
  • 12:53
Zaur Əliyev: Koronavirusun müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətiriləcək
Zaur Əliyev

“Koronavirusun müalicəsi üçün Azərbaycana yeni dərmanların gətirilməsi nəzərdə tutulur”.

"Report"un xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, yeni dərmanların gətirilməsi üçün həkim rəylərini gözləyirlər: “ABŞ-da və digər ölkələrdə yeni dərmanlar istehsal olunub. Bunun koronavirusun müalicəsinə təsirləri olduğu deyilir. Bizdə Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının rəyini gözləyirik. Onlar təsdiqləsələr ki, bu dərmanlar effektivdir, o zaman həmin dərmanlar Azərbaycana da gətiriləcək”.