Vüqar Qurbanov: "Bəzi sahələrdə həkim çatışmazlığını qısa zamanda aradan qaldıracağıq"

Sağlamlıq
  • 24 may, 2023
  • 09:55
Vüqar Qurbanov: Bəzi sahələrdə həkim çatışmazlığını qısa zamanda aradan qaldıracağıq

"Regionlarda yerləşən xəstəxanalarda müəyyən sahələr üzrə həkim çatışmazlığı mövcuddur".

Bunu "Report"un sorğusuna cavab olaraq TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O söyləyib ki, problemin həlli üçün addımlar atılır: "Həkim və orta tibb işçilərinin işə cəlb olunması ilə bağlı mütəmadi olaraq TƏBİB tərəfindən elanlar verilir. Bəzi sahələrdə həkim çatışmazlığını qısa zamanda aradan qaldıracağıq".