ÜST yeni koronavirus dalğasını elan edib
Sağlamlıq
- 19 iyul, 2022
- 16:16
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni dalğasını elan edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün saytında bildirilir.
ÜST-ün Avropa Bürosunun rəhbəri Hans Klüge koronavirusun “Omikron” ştamının subvariantlarının yayıldığı barədə məlumat verib.
“Ötən ilin yayı ilə analoji vəziyyətdəyik. COVID-19 dalğası “Omikron” ştamının subvariantları, xüsusilə də BA.2 və BA.5-dən qaynaqlanır”, – məlumatda qeyd edilir.
Klüge, həmçinin əlavə edib ki, son altı həftə ərzində Avropada yeni yoluxmaların sayı üç dəfə artıb. ÜST rəsmisi Avropa ölkələrini vaksinasiya və tibbi maska taxılması ilə bağlı təcili tədbirlər görməyə çağırıb.
Son xəbərlər
19:53
Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
Region19:48
Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb
Sənaye19:42
Azərbaycanın çimərlik güləşçiləri Bakıda 8 medal qazanıblar
Fərdi19:40
Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşüb
Xarici siyasət19:31
İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib
Region19:25
Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb
Digər ölkələr19:15
Türkiyə-Qazaxıstan münasibətlərinin inkişafı müzakirə edilib - YENİLƏNİB
Region19:09
Foto
Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub
Xarici siyasət19:07