ÜST: Yeni koronavirus başqa ölkələrdə də yayıla bilər

Sağlamlıq
  • 21 yanvar, 2020
  • 11:27
ÜST: Yeni koronavirus başqa ölkələrdə də yayıla bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "2019-nCoV" koronavirusunun törətdiyi yeni tipli pnevmoniyanın yaxın vaxtlarda Çində, həmçinin başqa ölkələrdə də yayıla biləcəyi qənaətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin sözçüsü Tariq Yazinoviç Cenevrədə keçirdiyi brifinqdə bildirib.

“Dünyada "2019-nCoV" ilə bağlı cəmi 278 təsdiqlənmiş hal qeydə alınıb”, - deyən təşkilat sözçüsü rəqəmlərin tez-tez dəyişməsini də qeyd edib.

Onun sözlərinə görə, bunlar arasında iki yoluxma halı Tailandda, biri Yaponiyada, biri də Koreya Respublikasında baş verib: “Çinin başqa bölgələrində, həmçinin, ola bilsin ki, xarici ölkələrdə də yeni yoluxmalar olacaq”.

Xatırladaq ki, Çin Milli Səhiyyə Komissiyası ölkədə yoluxanların 291 nəfər olduğunu açıqlayıb. Altı nəfər dünyasını dəyişib.