ÜST-ün baş direktoru Azərbaycana səfərə gəlib

Sağlamlıq
  • 04 iyul, 2018
  • 09:28
ÜST-ün baş direktoru Azərbaycana səfərə gəlib

Bakı. 4 iyul. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanda səfərdədir.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, səfərin məqsədi “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası kontekstində səhiyyə islahatları” mövzusunda Milli Konfransda iştirak etməkdir.

Səfər iyulun 6-dək davam edəcək. 

Qeyd edək ki, bu, Tedrosun ÜST-nin baş direktoru qismində ölkəyə ilk rəsmi səfəridir.