Premyer Liqa: "Qəbələ" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib

Futbol
  • 29 avqust, 2026
  • 19:53
Premyer Liqa: Qəbələ - Şamaxı oyununda qalib müəyyənləşməyib

Misli Premyer Liqasında III tura start verilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Şamaxı" "Qəbələ"nin qonağı olub.

Qəbələ şəhər stadionundakı qarşılaşma qolsuz başa çatıb.

Bu nəticədən sonra "Şamaxı" 2 xalla 7-ci, meydan sahibləri 1 xalla 10-cu pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Şəfa" "İmişli"ni qəbul edəcək.

Xatırladaq ki, turun digər matçları 30-31 avqustda baş tutacaq.