Ukrayna və Azərbaycan səhiyyə sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi imzalayacaq
                            Sağlamlıq
                            
                        - 31 oktyabr, 2025
- 11:20
 
                            
                            
                        Ukrayna və Azərbaycan üç ay ərzində səhiyyə sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi imzalamağı planlaşdırır.
"Report"un məlumatına görə, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko 27-ci Azərbaycan Beynəlxalq Tibbi İnnovasiyalar Sərgisi ("Medinex 2025") çərçivəsində keçirilən "İkitərəfli Əczaçılıq Müzakirəsi: Dialoqdan Əməkdaşlığa – Ukrayna və Azərbaycanın Əczaçılıq İmkanları" adlı sessiyada bildirib.
"Üç ay sonra bu gün aparılan danışıqların nəticələri üzrə tərtib edilmiş yol xəritəsini, bir ildən sonra isə artıq həyata keçirilmiş razılaşmaların nəticələrini görmək istəyirik", - nazir qeyd edib.
Lyaşko tərəflər arasında fəal əməkdaşlığın vacibliyini vurğulayıb və əldə edilmiş razılaşmaların praktiki şəkildə həyata keçirilməsinə çağırıb.
Son xəbərlər
17:42
                Nəsimi rayonunda ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb
Sağlamlıq17:41
                Azərbaycan paralimpiyaçısı: "Aktaudakı turnir bizə motivasiya və təcrübə qazandırdı"
Futbol17:41
                Polis sürət qatarına daş atan yeniyetmələri müəyyən edib
Hadisə17:40
                Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib
Hadisə17:39
                Sahibə Qafarova COP30-da iştirak üçün Braziliyaya səfər edəcək - EKSKLÜZİV
Xarici siyasət17:38
                Moskva və Pekin 220 milyon dollarlıq 86 layihə üzərində işləyir
Region17:38
                Azərbaycanda "Bebras" Həftəsi keçiriləcək
İKT17:31
                
                                    Foto                                
                                                    Elm və təhsil naziri Salyanda vətəndaş qəbulu keçirib
Elm və təhsil17:25
                