Üç sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınmadı
- 07 aprel, 2021
- 08:51
Yeniliklərdən dərhal xəbərdar olun!
“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən ötən gün qida məhsulları sahəsində fəaliyyət göstərən 19 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, qeyd olunan tarixdə 3 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
| S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
| 1 | Bayramova Sona Hacı Ağa qızı | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
| 2 | Abbasov Namik Bahadır oğlu | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
| 3 | Məmmədov İldırım Vəli oğlu | İctimai iaşə | Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |