Travmatoloq: “Uşaqlarda bel ağrılarının əsas səbəblərindən biri əzələ zəifliyidir”

Sağlamlıq
  • 13 sentyabr, 2023
  • 11:21
Travmatoloq: “Uşaqlarda bel ağrılarının əsas səbəblərindən biri əzələ zəifliyidir”

“Uşaqlarda bel ağrılarının əsas səbəblərindən biri əzələ zəifliyidir”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq Kamil Eyvazov deyib.

Həkimin sözlərinə görə, uşaqlarda onurğa problemi yaranmaması üçün əzələləri qüvvətləndirmək lazımdır:

“Bəzən valideynlər övladları dərs oxusun deyə onları aktiv həyatdan uzaqlaşdırırlar. Ancaq tövsiyə olunandır ki, bunu etməsinlər. Uşaqlar idmanla məşğul olsun və aktiv həyata zaman ayırsınlar”.

44 filmi