Təyyar Eyvazov: "Uşaqlar arasında koronavirus epidemiya halı almayıb"

Sağlamlıq
  • 20 oktyabr, 2021
  • 11:27
Təyyar Eyvazov: Uşaqlar arasında koronavirus epidemiya halı almayıb

“Koronavirusun uşaqlar arasında epidemiya halını aldığını demək olmaz”.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, məktəblərin açılması ilə bağlı uşaqlar arasında yoluxma arta bilər: “Yoluxma sayı, xüsusilə uşaqların koronavirusa yoluxması müəyyən problemlər yaşatsa da, uşaqlar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər”.