TƏBİB: Sağalanların müsahibə verib-verməməsi onların şəxsi qərarıdır

Sağlamlıq
  • 13 mart, 2020
  • 13:43
TƏBİB: Sağalanların müsahibə verib-verməməsi onların şəxsi qərarıdır
Yaqut Qarayeva
Report/Firudin Səlimov

"Sağalan şəxslərin hansısa sayta və ya kiməsə müsahibə verməsi ilə bağlı təzyiqlər edə bilmərik. Bu, həmin şəxslərin şəxsi qərarıdır. Amma biz həmin şəxslərin kimliklərini açıqlaya bilmərik. Çünki bu, etik qaydalara uyğun deyil".

"Report" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O, eyni zamanda qeyd edib ki, virusdan ölən şəxslər fərqli qaydada dəfn olunmur və bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının da hər hansı tövsiyəsi yoxdur:

"Dəfn məsələsində heç bir fərq yoxdur. Koronavirusa yoluxaraq ölən şəxslər də ölkələrinin adətlərinə görə dəfn olunmalıdır".