SN-in eksperti: “Qalxanabənzər vəzi xəstəlikləri gəncləşib”

Sağlamlıq
  • 25 may, 2022
  • 11:13
SN-in eksperti: “Qalxanabənzər vəzi xəstəlikləri gəncləşib”

“Son zamanlar qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkənlərin sayında artım müşahidə olunur. Əvvəllər bu yaş göstəricisi 40-dan çox idisə, bu gün həmin rəqəm daha da aşağı düşüb”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, cərrah-endokrinoloq Azər Hümmətov deyib.

O qeyd edib ki, bu gün üçün qalxanabənzər vəzi xəstəlikləri nəinki 10-15 yaşda, eləcə də 6-7 yaşlı uşaqlarda da qeydə alınır:

“Bu da o deməkdir ki, xəstəlik gəncləşib”.