Rezidenturanı bitirən həkimlərin təyinatı üzrə qrafik açıqlanıb - CƏDVƏL
- 06 dekabr, 2019
- 07:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Səhiyyə Nazirliyi bu ilin oktyabr və noyabr aylarında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı üzrə qrafikanı açıqlayıb.
Nazirlikdən "Report"a verilən məlumata görə, təyinat və iş yerlərinə göndərişlər dekabr 10-13-də aşağıdakı cədvəl üzrə keçiriləcək.
Müraciət edən şəxslər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Tarix və vaxt | İxtisas |
| 10 dekabr 2019-cu ilsaat 10:00 | Anesteziologiya-reanimatologiyaÜmumi cərrahiyyəOtorinolarinqologiya Travmatologiya-ortopediya Yoluxucu xəstəliklər Revmatologiya |
| 11 dekabr 2019-cu ilsaat 10:00 | OnkologiyaOftalmologiyaMamalıq-ginekologiya Psixiatriya Terapiya |
| 12 dekabr 2019-cu ilsaat 10:00 | NeyrocərrahiyyəUşaq cərrahiyyəsiKardiologiya Nefrologiya Qastroenterologiya Hematologiya Dermatovenerologiya Allerqologiya Endokrinologiya Narkologiya Ftiziatriya Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza Pediatriya |
| 13 dekabr 2019-cu ilsaat 10:00 | Şüa diaqnostikası Üz-çənə cərrahiyyəsi Sosial gigiyena və səhiyyənin təşkili Mikrobiologiya Laboratoriya işi Urologiya Nevrologiya |