Rayon baytarlıq idarəsinin rəisi vəzifədən azad edilib

Sağlamlıq
  • 30 iyun, 2015
  • 12:43
Rayon baytarlıq idarəsinin rəisi vəzifədən azad edilib

Bakı. 30 iyun. REPORT.AZ/ Bərdə rayon baytarlıq idarəsinin rəisi Yavər Mirzəyev vəzifədən azad olunub. "Report" xəbər verir ki, kənd təsərrufatı naziri Heydər Əsədov bununla bağlı əmr imzalayıb. 

Y.Mirzəyevin vəzifədən çıxarılmasına səbəb kimi, onun işdə yol verdiyi nöqsanlar göstərilib. 

O, iki il bundan əvvəl  rəis təyin edilmişdi.  

Qeyd edək ki, hələlik idarə rəisi vəzifəsinə təyinat olmayıb.