"Rahat” market qanvermə aksiyasına qoşuldu

Sağlamlıq
  • 16 aprel, 2020
  • 07:46
Rahat” market qanvermə aksiyasına qoşuldu

"Rahat” supermarketlər şəbəkəsi Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan verilməsi aksiyasına qoşulub.

"Report" xəbər verir ki, supermarketlər şəbəkəsinin kollektivi Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gələrək talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq üçün könüllü qan veriblər.

Onlardan götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq. 

Qeyd olunub ki, qanvermə zamanı zəruri dezinfeksiya və gigiyena qaydalarına yüksək səviyyədə əməl olunub.