Pediatr: “Uşaqların ayaqlarının əyriliyinə görə edilən masajın həmin problemin həllinə faydası yoxdur”

Sağlamlıq
  • 12 oktyabr, 2022
  • 11:15
Pediatr: “Uşaqların ayaqlarının əyriliyinə görə edilən masajın həmin problemin həllinə faydası yoxdur”

“Uşaqların ayaqlarının əyriliyinə görə edilən masajın həmin problemin həllinə faydası yoxdur”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, kimsə masaj etdirə bilər və yaxşı nəticə alması fərdi nəticədir:

“Lakin elmi təbabətdə masajın müsbət təsiri deyə bir anlayış yoxdur. Ayaq əyriliyə ilə bağlı mütləq şəkildə ortopedə müraciət edilməli, lazım gələrsə müalicə təyin edilə bilər. Yaxud da zamanla əyrilik öz-özünə düzələ bilər”.