Səudiyyə Ərəbistanı 3 PUA-nı zərərsizləşdirib

Digər ölkələr
  • 31 oktyabr, 2026
  • 10:15
Səudiyyə Ərəbistanı 3 PUA-nı zərərsizləşdirib

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Ər-Riyad bölgəsində pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın rəsmi nümayəndəsi Turki əl-Maliki bildirib.

Onun sözlərinə görə, daha əvvəl Şərq əyalətində və krallığın cənubunda 2 PUA vurulmuşdu.