Ötən ay Bakıda 27 nəfəri gün vurub
Sağlamlıq
- 02 iyul, 2024
- 07:44
İyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar 27 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə "Report"a Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, onlardan 5 nəfər xəstəxanaya hospitalizasiya olunub, 20-nə yerində yardım göstərilib, 2-si isə hospitalizasiyadan imtina edib: "Yerində yardım göstərilənlərdən iki nəfər 6 və 7 yaşlarında şəxslərdir".
Qeyd edək ki, 2023-cü ilin iyun ayı ərzində Bakı şəhəri üzrə təcili tibbi yardıma günvurma ilə əlaqədar 9 nəfərin müraciəti qeydə alınıb. Onlardan 2 nəfər xəstəxanaya təxliyə olunub, 7 nəfərə isə yerində yardım göstərilib.
Son xəbərlər
20:11
Rubio: Ukraynaya "Patriot" üçün lisenziyaların verilməsi müzakirə olunur
Digər ölkələr20:06
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb
Digər ölkələr20:00
Bəqai CENTCOM-un Sirikə hücumla bağlı bəyanatına etiraz edib
Region19:52
Azərbaycanlı avarçəkən Nurlan Paşayev Avropa çempionatında iştirak edəcək
Fərdi19:51
ABŞ Prezidenti Hörmüz boğazını "Tramp boğazı" adlandırmaq istəyir
Digər ölkələr19:36
Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib
Hadisə19:29
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
Futbol19:26
Foto
Azərbaycan İspaniya bankı ilə investisiya layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Maliyyə19:19