Ömrü uzatmaq üçün neçə saat yatmaq lazımdır?
Sağlamlıq
- 18 noyabr, 2020
- 08:34
Uzun ömür və yuxu müddəti arasında əlaqənin olduğu müəyyənləşib.
“Report” xəbər verir ki, bu qənaətə ABŞ-ın Tuleyn Universitetinin alimləri gəlib.
Ən sağlam yuxu rejiminə sahib insanların ürək xəstəliyi riskinin əhəmiyyətli dərəcədə aşağı olduğu bildirilib. Araşdırma zamanı alimlər 37 ilə 73 yaş arasındakı 408 802 insanı müşahidə ediblər. Onlardan 5 221-də ürək çatışmazlığı olub. Xəstəlikdən əziyyət çəkən insanlar yuxu ilə bağlı problem yaşadıqlarını, bəziləri yuxusuzluqdan əziyyət çəkirdiklərini, bir hissəsi öz xoruldaması səbəbindən gecə tez-tez oyandığını, digərləri isə yuxu müddətinin çox qısa olduğunu deyiblər.
Alimlər qeyd ediblər ki, ömrü uzatmaq üçün gündə 7-8 saat yatmaq vacibdir.
Son xəbərlər
10:47
Foto
Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
Fərdi10:42
Senator Lindsi Qrem vəfat edib
Digər ölkələr10:24
Güclü yağış Telavidə daşqına səbəb olub, küçələr su altında qalıb
Region10:01
Foto
Hacıqabulda qəzada xəsarət alanların bəzisinin şəxsiyyəti məlum olub - YENİLƏNİB
Hadisə09:53
Murat Yakın: "Hakimin səhvi bizi cəzalandırdı"
İdman09:49
Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır - FAKTİKİ HAVA
Ekologiya09:40
Qətərin keçmiş əmiri vəfat edib
Digər ölkələr09:17
Argentina millisinin baş məşqçisi: "İsveçrə bizə ciddi çətinliklər yaratdı"
İdman09:10