Komitə sədri: Ukraynada aparılan islahatlar Azərbaycanda da əczaçılıq habının yaradılmasına təkan verəcək
- 31 oktyabr, 2025
- 10:45
 
                            
                            
                        Ukraynada əczaçılıq sahəsində aparılan islahatlar Azərbaycanda əczaçılıq habının yaradılmasına təkan verəcək.
"Report" xəbər verir ki, bunu Ukrayna Ali Radasının İctimai Sağlamlıq, Tibbi Xidmətlər və Sığorta Komitəsinin sədri Mixayil Radutskiy 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"nin II günündə deyib.
Onun sözlərinə görə, hazırda Ukraynada əczaçılıq sahəsində ciddi islahatlar aparılır, yeniliklər tətbiq olunur:
"Dərmanlarda tətbiq olunacaq QR kodlar vasitəsilə insanlar onun tərkibi və ümumi məlumat əldə edə biləcəklər. Bununla yanaşı, vahid qeydiyyat sisteminin də tətbiqi üzərində işlər gedir. Bütün bunlar Azərbaycanla əczaçılıq sahəsində əməkdaşlığa təkan verəcək amillərdir".
Komitə sədri onu da bildirib ki, Ukrayna Azərbaycanın tibbi xidmət sahəsindəki dövlət sığorta təcrübəsini öyrənmək istəyir.
