"Liverpul" Vircil van Deyk ilə müqavilənin müddətini uzada bilər
- 02 noyabr, 2026
- 17:15
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Liverpul" klubu komandanın kapitanı Vircil van Deyk ilə yeni müqavilə imzalaya bilər.
"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 35 yaşlı müdafiəçi ilə 1 illik yeni sözləşmə bağlamaq imkanını nəzərdən keçirir.
Sözləşmənin imzalanması üçün niderlandlı oyunçu məvacibinin azaldılmasına razılaşmalıdır. Klub danışıqlarda tələsmir və futbolçunun gələcəyi ilə bağlı məsələyə qışda qayıtmağı planlaşdırır. Onun mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Vircil van Deyk 2018-ci ildən "Liverpul"da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 13 matçda meydanda olub və məhsuldar hərəkətlə yadda qalmayıb. "Transfermarkt" portalı onun dəyərini 15 milyon avro qiymətləndirir.