Son bir ayda Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb

Sağlamlıq
  • 04 fevral, 2015
  • 05:15
Son bir ayda Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb

Bakı. 4 fevral. REPORT.AZ/ "Cari ilin yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə daxil olan müraciətlərin əksəriyyəti dəm qazından zəhərlənmə ilə bağlı olub". Bunu "Report"a açıqlamasında KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, xəstəxanaya son bir ayda 31 nəfər dəm qazından zəhərlənmə ilə bağlı müraciət edib: "Müraciət edənlərdən 26 nəfəri xəstəxanaya yerləşdirilib. Allergik vəziyyətlə bağlı 12 nəfər müraciət edib ki, onlardan 8-i qəbul olunub. 1 nəfər isə sirkə turşusundan zəhərlənmə ilə qəbul edilib".

Şöbə müdiri onu da əlavə edib ki, havaların mülayim keçməsi ilə əlaqədar dəm qazından zəhərlənmə faktlarında artım olmayıb: "Keçən ilin dekabr ayı ilə müqayisədə bu ilin ilk ayında müraciət edənlərin sayında artım olmayıb"

44 - Tezliklə