Karantin rejimi ilə bağlı qərar müzakirələrdən sonra veriləcək

Sağlamlıq
  • 16 aprel, 2020
  • 13:20
Karantin rejimi ilə bağlı qərar müzakirələrdən sonra veriləcək
Report

"Karantin rejiminin və digər tədbirlərin ləğvi avtomatik xarakter daşıya bilməz".

"Report" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu qərar xüsusi müzakirə nəticəsində və ölkədəki vəziyyətin nəticəsinə əsasən verilə bilər: "Proses onu göstərir ki, vətəndaşlar öz davranışlarında və həyat tərzlərində dəyişiklik etməlidir".

44 - Tezliklə