Həkim olmaq istəyən şəxslərin test imtahanlarının vaxtı dəyişdirilib

Sağlamlıq
  • 08 iyul, 2015
  • 08:51
Həkim olmaq istəyən şəxslərin test imtahanlarının vaxtı dəyişdirilib

Bakı. 8 iyul. REPORT.AZ/ İyulun 17-si Ramazan bayramına təsadüf etdiyi üçün həmin tarixdə keçirilməsi nəzərdə tutulan "Urologiya", "Şüa diaqnostikası", "Patoloji anatomiya", "Oftalmologiya" və "Tibb bacısı" ixtisasları üzrə test imtahanlarının vaxtı dəyişib. Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, imtahan iyulun 22-nə keçirilib. İmtahana namizəd şəxslər onlara verilən "Buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsi ilə gəlməlidirlər.