Həkim: "Allergik reaksiyanın kəskinləşmə dövründə olmayanlara vaksin vurula bilər"

Sağlamlıq
  • 09 mart, 2022
  • 12:51
Həkim: Allergik reaksiyanın kəskinləşmə dövründə olmayanlara vaksin vurula bilər

“Bir çox elmi araşdırmalar nəticəsində məlum olub ki, hər hansı allergik hal risk faktoru hesab olunmur”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Günay İsmayılova deyib.

Onun sözlərinə görə, yanlız ağır gedişli bronxial-astma COVID-19 üçün risk faktoru hesab olunur: “Koronavirus əleyhinə peyvənd olunma üçün əks-göstəriş xəstəliyin kəskin inkişaf dövrü ola bilər. Allergik reaksiyanın kəskinləşmə dövrü yoxdursa, o zaman vaksin vurdura bilər. Kəskin dövrdə isə müvəqqəti əks-göstəriş ola bilər. Müəyyən vaxtdan sonra isə peyvənd vurdurmaq olar. Hər iki valideyn allergik reaksiyadan əziyyət çəkirsə, uşaqlarda yaranma tezliyi 50 % təşkil edir. Yəni bu xəstəlikdə genetika da rol oynayır”.