Hande Harmancı: "Tibb işçilərinin koronavirusla bağlı peşəkarlığı artırılmalıdır"

Sağlamlıq
  • 10 dekabr, 2021
  • 06:36
Hande Harmancı: Tibb işçilərinin koronavirusla bağlı peşəkarlığı artırılmalıdır

“Koronavirus pandemiyası yeni olduğundan hər gün yeni nəsə ortaya çıxır. Bu səbəbdən ölkədə çalışan tibb işçilərinin peşəkarlığının artırılması üçün təlimlərin keçirilməsi vacibdir”.

“Report” xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Gəncədə pandemiya ilə əlaqədar keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tibb işçilərinin bilik və bacaraqlarının artırılması üçün keçirilən təlimlər həm də səhiyyə sistemi üçün uzunmüddətli yatırımdır: “ÜST hər zaman bu istiqamətdə Azərbaycan hökumətinə dəstək olmağa hazırdır. Cari ilin iyun ayından bu günədək 5000-dən çox tibb işçisinə təlim keçirilib. Növbəti ildən də ehtiyacı olanlara təlimlərin keçirilməsi davam etdiriləcək”.