Ekspert: “Körpədə qalxanabənzər vəzin gec aşkarlanması ömürlük əqli gerilik yarada bilir”

Sağlamlıq
  • 26 iyul, 2023
  • 11:11
Ekspert: “Körpədə qalxanabənzər vəzin gec aşkarlanması ömürlük əqli gerilik yarada bilir”

“Yeni doğulmuş uşaqda qalxanabənzər vəzi gec aşkarlandıqda ömürlük əqli gerilik baş verə bilir”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.

Onun sözlərinə görə, bu xəstəliyin genetik yolla uşağa keçməsi halları da çox olur.

"Ona görə də əlamətlər müşahidə ediliyi zaman həkimə müraciət edilməli, müalicə aparılmalıdır", - A.Əkbərzadə vurğulayıb.